Torpaq mübahisəsi Abşeron Rayon İcra hakimiyyətini növbəti dəfə məhkəməlik edib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, Abşeron sakini Ələkbər Əliyev Mehralı oğlu məhkəmədə Abşeron Rayon İcra Hakimiyyəti ilə bağlı iddia qaldırıb.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr, torpaq münasibətləri üzrə yaranmış mübahisələrdir.
İşə 13 oktyabr tarixində Sumqayıt İnzibati Məhkəməsində hakim Vəfa Əzizovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti dəfələrlə torpaq mübahisəsi, qanunsuz tikili səbəbindən məhkəməyə verilib. Həmçinin Abşeron RİH başçısının satışına və tikilişinə şərait yaratdığı qanunsuz tikililər Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə sökülüb.