Abşeron Rayon İcra Hakimiyyətində yüksək vəzifəyə təyinat olub.
İlkin Fazil oğlu Əsədov Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.
Qeyd edək ki, İ.F.Əsədov bu təyinatadək Abşeron Rayon İcra Hakimiyyətində Ümumi şöbənin müdiri vəzifəsində çalışırdı.
Yeni təyin olunan gənc kadr Naxçıvan MR, Ordubad rayonunda doğulub. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, magistr təhsilini isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında alıb. Əlavə olaraq Türkiyənin İstanbul Universitetində makina mühəndisliyi, Böyük Britaniyanın London Universitetində isə beynəlxalq diplomatiya ixtisasları üzrə sertifikatlara yiyələnib.
Ailəlidir, 2 övladı var.