Abşeron İH səkiləri də satır – Bu da Foto/Fakt

Abşeron İH səkiləri də satır – Bu da Foto/Fakt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu Hökməli qəsəbəsində acınacaqlı vəziyyət hökm sürməkdədir.

Tribunainfo.az-a yazan sakinlər bildirib ki, ən bərbad vəziyyət olan qəsəbə Hökməlidir. Sakinlərin sözlərinə görə, qsəbədə piyadaların hərəkəti üçün boş səki qalmayıb. Səkilər ya qanunsuz olaraq satılıb, ya da avtomobil saxlamaq üçün istifadə edirlir.
Qəsəbənin Koroğlu küçəsindən isə danışmağa dəyməz. Sakinlər bildirirb ki, nə avtomobillər hərəkət edə bilir, nə sakinlər. Problem aidiyyəti qurumları narahat etmədiyi üçün obyekt sahibləri səkiləri zəbt etməkdə davam edirlər. Hətta səkini tamam zəbt edib obyektini genişləndirənlər də var.

Sakinlər aidiyyəti qurumların gözardı etdiyi bu qəsəbəyə də nə vaxtsa diqqət ayrılacağı günü gözləyirlər.

Nigar