Abşeron İH qanunsuz tikintiyə görə məhkəməyə verilibbackend

Abşeron İH qanunsuz tikintiyə görə məhkəməyə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron İH başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi, Abşeron İH Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyi və “Uğurlu inşaat” MMC qanunsuz tikinti apardığı üçün məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, iddianı Xəlilov Rizvan Fizuli oğlu qaldırıb. İşin mahiyyəti qanunsuz tikilinin sökülməsidir. İddiaçı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.
İş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 28 noyabr tarixində hakim Almaz Süleymanovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. Qeyd edək ki, məhkəməyə verilən “Uğurlu inşaat” MMC də 2022-ci ildən indiyə qədər Abşeron İH-in keçirdiyi tenderlərin qalibi olan şirkətdir. Şirkətin qanuni təmsilçisi Əliyev Talıb Rəfail oğludur.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən