Abşeron İH-nin bu sistemi çökdü, qurum mürgüləyir…backend

Abşeron İH-nin bu sistemi çökdü, qurum mürgüləyir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayon İcra Hakimiyyətinin rəsmi saytı çöküb. Tribunainfo.az məlumat verir ki, absheron.ih.gov.az açılmır. İH-nin saytının niyə fəaliyyət göstərməməsinin səbəbi açıqlanmır. Halbuki icra orqanları mobil və çevik işləməli, müasir dövrün çağırışları ilə ayaqlaşmalıdır. Artıq onlayn dünyadır, xəbərlər sürətli, operativ yayılır, elektron məktublaşma dövrüdür, bu qitədən o qitəyə sosial şəbəkə vasitəsi ilə istənilən məlumatı servis etmək olur, Abşeron İH isə özünü dünyadan bixəbər aparır. Eyni zamanda, dövlət başçısı icra başçıları qarşısında tapşırıq qoyub və İH-lər müasir tələblərə cavab verməlidirlər. Ancaq Abşeron İH rəhbərliyi saytın fəaliyyəti ilə maraqlanmır ki, niyə açılmır. Xatırladaq ki, bu rayonun başçısı Abdin Fərzəliyevdir.

Rasim