ABŞERON İH-də “TƏMİZLƏMƏ”LƏR… FƏRZƏLİYEV KÖHNƏ KOMANDA İLƏ VİDALAŞIR

ABŞERON İH-də “TƏMİZLƏMƏ”LƏR… FƏRZƏLİYEV KÖHNƏ KOMANDA İLƏ VİDALAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonuna icra başçısı gələn Abdin Fərzəliyev sabiq rəhbər İradə Gülməmmədovadan qalan kadrları bir-bir işdən çıxarmağa başlayıb.
TİA.Az-ın əldə etdiyi məlumata görə, yeni icra başçısı köhnə komanda ilə işləmək istəmir və onlarla vidalaşır. Hazırda icra başçısının iki müavin postu boşdur.
Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifələrinə təyinat olmayıb. Habelə, Başçının köməkçisi vəzifəsi açıqdır.
Eyni zamanda Böyük məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsini daşıyan yoxdur.
Bundan başqa, Memarlıq və tikinti şöbəsi başsız qalıb. Şöbə müdiri – baş memar, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifələri boşdur.
Fərzəliyev Gülməmmədovanın adamlarını “təmizləməyə” çalışır və öz adamlarını yerləşdirməyə hazırlıq gedir.

TİA.Az