ABŞERON İCRA HAKİMİYYƏTİ MƏHKƏMƏYƏ VERİLDİ

ABŞERON İCRA HAKİMİYYƏTİ MƏHKƏMƏYƏ VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nəzdindəki idarə Abşeron Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyəti ilə bağlı iddianı SOCAR-ın “Neft Kəmərləri” idarəsi qaldırıb.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr, torpaq üzrə yaranmış mübahisələrdir. İşə hakim İsmayıl Quliyevin sədrliyi ilə baxılır.