ABŞ vizalar üçün yeni rüsum tətbiq edir – 1 oktyabrdan qüvvəyə minəcək

ABŞ vizalar üçün yeni rüsum tətbiq edir – 1 oktyabrdan qüvvəyə minəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ hakimiyyəti 2025-ci il oktyabrın 1-dən etibarən yeni vizə rüsumu tətbiq edəcək.
 
Bakupost.az xəbər verir ki, “Vicdanlılıq haqqı” adlandırılan bu ödəniş 250 dollar məbləğində olacaq və qeyri-immiqrasiya vizası üçün müraciət edən hər kəs üçün məcburi sayılacaq.
Məlumata görə, yeni rüsum iş, turizm, tələbə və digər qısamüddətli vizalar üçün müraciət edənlərdən tutulacaq.
Bu ödəniş mövcud 185 dollarlıq konsulluq rüsumuna əlavə olunacaq.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi isə gələcəkdə bu məbləğin artırıla biləcəyini də istisna etmir.