ABŞ VƏ TÜRKİYƏ VAŞİNQTONDA ERMƏNİSTAN-AZƏRBAYCAN DANIŞIQLAR PROSESİNİ MÜZAKİRƏ EDİBLƏRbackend

ABŞ VƏ TÜRKİYƏ VAŞİNQTONDA ERMƏNİSTAN-AZƏRBAYCAN DANIŞIQLAR PROSESİNİ MÜZAKİRƏ EDİBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Vaşinqtona səfəri çərçivəsində Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.

Tribunainfo.az TRTHaber-ə istinadən bildirir ki, Ağ Evdə və Dövlət Departamentində keçirilən görüşlərdə Cənubi Qafqazdakı vəziyyət, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi kimi məsələlər yer alıb.

Açıqlamada tərəflərin bir sıra regional və qlobal hadisələri, o cümlədən Türkiyənin Qara Dəniz Taxıl Daşıma Təşəbbüsünü yeniləmək səylərini və Rusiyanın Ukraynaya davam edən hücumlarını müzakirə etdiyi bildirilib.