ABŞ VƏ RUSİYANIN TÜRKİYƏ PLANIbackend

ABŞ VƏ RUSİYANIN TÜRKİYƏ PLANI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq müdafiə nəşri olan Defense One-da dərc olunan xəbərdə təəccüblü iddia yer alıb.

Tribunainfo.az xəbər verir ki, məqalədə bildirilib ki, Vaşinqton və Moskva Rusiya-Ukrayna müharibəsində bitərəfliyini qoruyan Türkiyəyə “tərəfini bildirmək” üçün təzyiq göstərməyə hazırlaşır.

Təhlil məqaləsində Vaşinqtonun prezident Rəcəb Tayyib Ərdoğanın ritorikası və siyasətinin əvvəlki dövrlərlə müqayisədə “əhəmiyyətli dərəcədə qərbyönümlü” olduğunu müşahidə etdiyi məlumatlar da yer alıb.

Eyni zamanda, Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə Qara dəniz taxıl dəhlizinin yaradılmasına təşəbbüs göstərdiyi və bununla da dünya üçün kritik əhəmiyyət kəsb etdiyi və ölkənin bu vasitəçilikdən iqtisadi və siyasi fayda əldə etdiyi qeyd edilib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmiləri də müharibə zamanı Qərbin Ukraynaya verdiyi siyasi dəstəyin arxasında duran və Rusiya ilə münasibətlərini qoruyan Türkiyənin bu addımlarla strateji gücünü artırdığına inanır. Xarici İşlər Nazirliyi və ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ekspertlərinin fikrincə, Türkiyənin tezliklə bu siyasətində problemlə üzləşməli olacağı təxmin edilir.