ABŞ və Rusiya Cənubi Qafqazda toqquşa bilər… – Politoloq

ABŞ və Rusiya Cənubi Qafqazda toqquşa bilər… – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlətinin ən böyük rolu, həm də bu illər ərzində xalqı fəlakətlərdən qorumasıdır. Bölgə barıt çəlləyidir. Bundan sonra da, belə olmaqda davam edəcək. Qonşular, bölgədə qonşularla mübarizə aparanlar və daha nələr.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycanı xilas edən yeganə amil – aparılan rasional, praqmatik siyasətdir:

“”Institute Science and International Security” məlumat yayıb ki, yaxın həftələrdə İran nüvə silahı əldə edəcək. Mütəxəssislər bildirirlər ki, iranlılar bir ay ərzində altı, altı ay ərzində isə daha 12 nüvə başlığı istehsal etmək iqtidarındadırlar.
Onlar aşağıdakı nəticələrə gəlirlər. “İranın nüvə potensialı heç vaxt bu qədər real olmamışdı”.
Bunu Qərbdə bilmirlər? Yoxsa Qərb və İran arasında parçalama və hökmranlıq et siyasəti gedir?
Digər tərəfdən, ABŞ və Rusiya bu dəfə Cənubi Qafqazda, Ermənistanda toqquşa bilərlər. Nümunələri sadalamağa davam etmək olar…
Azərbaycanı xilas edən yeganə amil – aparılan rasional, praqmatik siyasətdir!”

Nigar İxtiyarqızı