Danışıqlar masasında sülh sənədinin olması barışığa inamı artırır. Ancaq Ermənistanı ABŞ və Qərb sülhdən yayındırır. Ermənistan anlamalıdır ki, sülhün kökləri Vaşinqtonda yox, regiondadır.
Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, Azərbaycanın məsələyə yanaşması aydındır. Təbii olaraq rəsmi Bakı Ermənistan-Azərbaycan münaqişəsini Cənubi Qafqaz problemi kimi görür və buna görə də həlli üçün regional platformanı təklif edir:
“Ən idealı Prezident İlham Əliyevin təklif etdiyi “Tiflis platforması”dır. Vaşinqton, Brüssel platformaları rəsmi Bakını qane etmir. Həmçinin adıçəkilən platformalar problemi həll etmək iqtidarında da deyillər. Hikmət Hacıyevin də vurğuladığı kimi, Ermənistan regionda pozitiv gündəmlə çıxış edəcəyi təqdirdə münasibətlər normallaşa bilər”.