ABŞ və Cənubi Koreyanın hərb sahəsində atdığı addımlar nüvə müharibəsinin başlamasına zəmin yaradır.
ABŞ və Cənubi Koreyanın hərb sahəsində atdığı addımlar nüvə müharibəsinin başlamasına zəmin yaradır.
TİA.AZ xəbər verir ki, bu sözləri Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Sonq Nam BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda yazıb.
O, martın 1-dən etibarən ABŞ və Cənubi Koreyanın ortaq hərbi addımlar atdığını, nüvə gəmiləri və bombardmançı təyyarələrlə təlimlər keçirdiyini, bunun da nüvə fəlakətinə səbəb olacağını qeyd edib.
Sonq Nam bu təlimlərin yaradacağı təhlükənin qarşısının alınması üçün məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsinə çağırış edib.