ABŞ və Çin arasında hərbi danışıqlar bərpa edilib

ABŞ və Çin arasında hərbi danışıqlar bərpa edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Çin arasında Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə Çinlə suverenlik mübahisəsi olan Tayvana səfəri səbəbindən kəsilən hərbi danışıqların yenidən başlandığı bildirilib.

Tribunainfo.az xəbər verir ki, iki ölkənin müdafiə nazirliklərinin verdiyi açıqlamalara görə, 8-9 yanvar tarixlərində Vaşinqtonda 17-ci Çin-ABŞ Müdafiə Siyasəti Koordinasiya Danışıqları keçirilib.

Görüşdə,ABŞ Çin nümayəndə heyətinə,Tayvanvə Monqolustanla bağlı məsələlərə cavabdeh olan Müdafiə Nazirinin müavini Maykl Çeyz, çinli nümayəndə heyətinə Çin Mərkəzi Hərbi Komissiyasının Beynəlxalq Hərbi Əməkdaşlıq Departamentinin direktor müavini general-mayor Sonq Yançao başçılıq edib.