ABŞ və Britaniya səfirlikləri arasında çay böhranıbackend

ABŞ və Britaniya səfirlikləri arasında çay böhranı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı kimya professorunun çaya bir çimdik duz əlavə etməsi ilə bağlı açıqlaması çay istehlakı ilə məşhur olan İngiltərənin gündəmində ən çox müzakirə edilən mövzulardan olub. ABŞ-ın Londondakı səfirliyi məsələyə yumoristik şəkildə yanaşaraq, “Bizim Xüsusi Münasibətlərimizin əsaslarını təhdid etdiyi üçün belə hədsiz təklifə biganə qala bilmərik” deyib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, ABŞ-lı kimya professoru Mişel Franklın “Mükəmməl dəmləmə” üçün çaya duz əlavə edilməsi ilə bağlı verdiyi “Dəmlənmiş: Çayın Kimyası” kitabının tanıtımı üçün verdiyi mətbuat şərhi, çay istehlakı ilə məşhur olan İngiltərədə ən çox müzakirə edilən mövzular arasında idi.

Səfirlik yumoristik diplomatik mesajını belə yekunlaşdırdı: “ABŞ səfirliyi düzgün şəkildə çay hazırlamağa davam edəcək. O, “mikrodalğalı sobada qızdıraraq” ifadəsi ilə bitirdi.