“Hazırda Türkiyə üçün Suriya məsələsində Bəşər Əsəddən daha önəmli olan məsələlər var”.
“Hazırda Türkiyə üçün Suriya məsələsində Bəşər Əsəddən daha önəmli olan məsələlər var”.
Bunu TİA.AZ–a mayın 3-ü Soçidə keçiriləcək Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın görüşünü şərh edərkən politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Ərdoğanın gündəmində daha çox PKK terror təşkilatının qolları – YPQ və PYD-e olacaq:
“Amerika Birləşmiş Ştatlarının hərbçilərinin kürd terrorçuları ilə Türkiyə arasında bufer zonası yaratmasından sonra bu məsələ həm Türkiyə, həm də Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Əgər Türkiyə PKK, YPQ və PYD ilə bağlı Rusiyanın dəstəyini ala bilərsə, bu bölgədə tamamilə fərqli reallıqların meydana gəlməsinə zəmin yarada bilər. ABŞ və Avropa dövlətləri Türkiyəyə qarşı riyakar mövqe nümayiş etdirməklə bu ölkəni Rusiyaya tərəf itələyirlər. Təsadüfi deyil ki, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel də Qərbin Türkiyəyə qarşı siyasətinin Rusiyanın maraqlarına xidmət etdiyini bəyan edib. Əgər Rusiya Türkiyəyə separatçı-terrorçu qruplarla mübarizədə dəstək verərsə, o zaman iki ölkə arasındakı münasibətlər tamamilə yeni bir mərhələyə qədəm qoya bilər”.
İlahə