Vaşinqton administrasiyası Ukraynaya silah-sursat da daxil olmaqla 250 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayırıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.
“Bu gün ABŞ Müdafiə Nazirliyi Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün əlavə hərbi yardım elan edib. Paket 250 milyon dollar dəyərində qiymətləndirilir. Buraya RIM-7 zenit-raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, “Stinger” hava hücumundan müdafiə sistemləri, AT-4, TOW və Javelin tank əleyhinə raket sistemləri daxildir”, – məlumatda qeyd olunub.