ABŞ Ukraynaya dəstəyini davam etdirəcək – Dövlət Departamenti

ABŞ Ukraynaya dəstəyini davam etdirəcək – Dövlət Departamenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya dəstəyini heç vaxt dayandırmayıb və bundan sonra da davam etdirmək niyyətindədir.

Tribunainfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus keçirdiyi brifinqdə deyib.

O bildirib ki, son fasilə ABŞ hökumətinin yeni yanaşması kimi qəbul edilməməlidir.

“Biz Ukraynanın ən böyük dəstəkçisi olmuşuq və belə də qalacağıq”, – deyən Bryus ABŞ Prezidenti Donald Tramp administrasiyasının ukraynalıların ehtiyac duyduqları şeyə sahib olmasına əminliyini izah edib.