Ağ Ev Ukrayna və Rusiya arasında danışıqların baş tutmasının hazırda mümkün olmadığını hesab edir.
Tribunainfo.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının (NSC) kommunikasiya müşaviri Con Kirbi jurnalistlər üçün keçirilən onlayn brifinqdə hər iki tərəfin hələ danışıqlara hazır olmadığını bildirib.
“Hal-hazırda heç bir tərəfin danışıqlara hazır olduğu gözləntisi yoxdur,” – deyə Kirbi vəziyyəti şərh edərkən vurğulayıb.