ABŞ Dövlət Departamenti Türkiyəyə Qara Dəniz Taxıl Dəhlizi Sazişi kontekstində göstərdiyi mühüm diplomatik səylərə görə təşəkkür edib.
Tribunainfo.az Haber Türk-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü, AA müxbiri, “Xarici işlər naziri Hakan Fidan bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb və taxıl təşəbbüsünün yenilənməsinin vacibliyinə işarə edib.
Rusiyanın taxıl təşəbbüsünə son qoyma qərarının qida təhlükəsizliyi ilə mübarizə aparan cəmiyyətlərə zərər verdiyini ifadə edən ABŞ Dövlət Departamentinin sözçüsü, “Türkiyə və digər ölkələrin Rusiyanı razılaşmaya qaytarmaq üçün göstərdiyi səyləri alqışlayırıq” deyib.
Sözçü taxıl təşəbbüsünün mümkün və funksional olması üçün böyük səylər göstərən Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyə ilə əlaqə saxladıqlarını qeyd edib.