“Minsk Qrupu Dağlıq Qarabağdakı münaqişənin həlli istiqamətində fəaliyyət göstərməli və çərçivə rolunu oynamalıdır”. TİA.AZ xəbər verir ki, bu açıqlama ABŞ-ın dövlət katibi Mayk Pompeo “Le Figaro” qəzetinə verdiyi müsahibəsindəndir.
Dövlət katibi deyib ki, o, dünən Fransa prezidenti və XİN başçısı ilə görüşərək, bir çox məsələləri müzakirə ediblər. Əsas müzakirə olunan məsələ isə Türkiyənin son dövrlər həyata keçirdiyi siyasətlə bağlı olub. “ABŞ Rusiya və Fransa ilə birlikdə Minsk Qrupunun üzvləridir. Bu qrupun məqsədi Qqarabağ münaqişəsinin həllinə nail olmaqdır. Məhz bu formatda münaqişənin həlli reallaşdırılmalıdır”.
Pompeo xüsusi olaraq qeyd edib ki, ABŞ hazırda Türkiyənin hərbi potensialının artmasından narahatdır. “Biz istər açıq, istərsə də qapalı görüşlərdə bundan narahat olduğumuzu dilə gətirmişik. Avropa və ABŞ birgə çalışaraq, Ərdoğanı inandırmağa çalışırıq ki, onun hazırkı fəaliyyəti və həyata keçirdiyi siyasət xalqının maraqlarına uyğun deyil”.
Dövlət katibi Makronla görüşdüyünü və bu məsələni onunla da müzakirə etdyini vurğulayıb. Onun sözlərinə görə, hər iki tərəf o qənaətdədir ki, Türkiyənin davranışları aqressiv xarakter daşıyır. “Burada söhbət Türkiyənin Azərbaycana verdiyi dəstəkdən və Suriyadakı davranışlarından gedir. Həmçinin Türkiyənin Liviyadakı atdığı addımlarını da müzakirə etmişik. Eyni zamanda, Aralıq dənizində baş verənlər də diqqətimizdədir”.
TİA.AZ xəbər verir ki, Mayk Pompeo Türkiyə ilə bağlı, həmçinin Azərbaycanı da maraqlandıran daha bir mətləblə bağlı fikirlərinin açıqlayıb. O deyib ki, ABŞ hökuməti Rusiya və Türkiyənin Liviya məsələsində kənarda durmağın tərəfdarıdır. “Eyni zamanda, Azərbaycandan da kənar durması, onun işlərinə qarışmamasını istəyirik. Çünki bu həmin dövlətlərə zərər verir. Digər tərəfdən, Rusiyadan istəyimiz odur ki, Türkiyənin Azərbaycan, xüsusən də Qarabağ məsələsində mövqeyinə aydınlıq gətirsin. Eyni zamanda, Türkiyənin Qarabağ məsələsində hansı səlahiyyət sahibi olacağını konkretləşdirsin”.