Onun Putinin dostu və kürəkəni ilə ortaq biznesi ifşa edildi
Onun Putinin dostu və kürəkəni ilə ortaq biznesi ifşa edildi
Bu günlərdə ortaya çıxan “Cənnət sənədləri”nin bir çox dövlət və iş adamının karyerasını cəhənnəmə döndərəcəyi heç kimdə şübhə doğurmur. Bunlardan biri də ABŞ-ın ticarət naziri Uilbur Rossdur.
“The New York Times” qəzetinin yazdığına görə, aşkar olunan sənədlərdə Uilbur Rossun Rusiya prezidenti Vladimir Putinin kürəkəni və ABŞ sanksiya tətbiq etdiyi başqa bir oliqarxla yaxın iş münasibətlərində olduğu aşkara çıxıb.
Belə ki, ticarət nazirinin səhmdarı olduğu “Navigator Holdings”in Rusiyanın iri enerji şirkətlərindən sayılan “Sibur”un əsas nəqliyyat daşıyıcısı olduğu bilinib.
Yazıda Rossun “Navigator”dakı payının Kayman adalarındakı offşor hesablarında gizlətməsinin üstünün açıldığı bildirilir. Bütün bunlar dünyanın ən böyük offşor şirkətlətindən sayılan “Appleby”ın sənəd paketlərinin mətbuata sızmasından sonra aşkar edilib.
O da qeyd olunmalıdır ki, “Cənnət sənədləri” hamısı birlikdə 13,5 milyon sənədi əhatə edir. Onun 6,8 milyonu Aplleby- firmasının mühasibat uçotlarının payına düşür. 566 mini “Asiaciti Trust” firmasının daxili mühasibat dosyelərindən, 6,2 milyonu isə iri şirkətlərin 19 offşor zonasına yerələşdirdikləri konfidensial hesabatlarından ibarətdir.
Məqalədə “Sibur”un Putinin dzü-do üzrə partnyoru və dostu sayılan Gennadi Timçenkoya və kürəkəni Kirill Şamalova məxsus olduğu vurğulanır.
“Navigator” şirkətindən “The New York Times”-a verilən açıqlamada Rossun 2011-ci ildən etibarən şirkətin direktorlar şuarasının üzvü olduğu və heç bir zaman rusiyalı oliqarxları ilə görüşmədiyi bildirilib.
Uilbur Ross iş həyatını özünə aid sərmayə şirkəti vasitəsi ilə iki nəhəng firmanın: Çinin “Diamond S Shipping” və “Navigator Holdings”-in səhm paketlərin almaqla daha da geni.l’ndirib.
“Navigator” məhz Rossun ona investisiya qoymasından sonra “Sibur”la çarter anlaşması imzalayıb.
Məqalədə “Sibur”un sadə bir özəl şirkət olmadığı da qeyd olunur.
Yazıda şirkətin birbaşa Putini özəl kassasına daxil olan firmalardan biri olduğu deyilir. Burada Putinin kürəkəni, 32 yaşlı Kirli Şamalovun adı xüsusi çəkilir. Belə ki, 2014-cü ilin sentyabrına Gennadi Timçenko öz payının 17%-ni Şamalova satıb. Başqa səhmlərlə birlikdə Şamalovun şirkətdəki payı 20%-ə qədər yüksəlib. 32 yaşlı biznesmen bu böyüklükdə hissə payına sahib olmaq üçün ağlagəlməz yollarla “Qazprombank”dan 1,3 milyard dollar kredit alıb.
Kirill Şamalov
Bütün bu maliyyə maxniasiyaları isə Kiprdəki offşor şirkətləri vasitəsilə həyata keçirilib. Ən maraqlısı da budur ki. 2014-cü ilin yayında Ulbur Ross Kipr bankının vitse-prezidenti seçilib.
İndi bu adamların Kiprdə “təsadüfən” qarşılaşmadıqlarına kim inanar…
Musavat.com