backend

ABŞ təyyarəsi YOXA ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın sahil mühafizə xidməti Ohayo aeroportundan qalxandan sonra radarlardan itən “Cessna 525” yüngül təyyarənin axtarışlarına başlayıb. 

ABŞ-ın sahil mühafizə xidməti Ohayo aeroportundan qalxandan sonra radarlardan itən “Cessna 525” yüngül təyyarənin axtarışlarına başlayıb.

TİA.AZ “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABC telekanalı bildirib.

Telekanalın məlumatına görə, təyyarə yerli vaxtla saat 23.00-da Klivlend şəhərində yerləşən Berk Leykfront aeroportundan uçub. Bir müddətdən sonra aeroportun aviadispetçerləri hava gəmisi ilə əlaqəni itiriblər.

ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) bildirib ki, təyyarə Ohayonun ştatının universitetinə uçurdu. Təyyarənin göyərtəsində olan insanların sayı haqqında məlumat verilməyib.