ABŞ ölkədə yaşayan son nasisti deportasiya edib.
Qaynarinfo xəbər verir ki, II Dünya müharibəsində Almaniyaya məxsus əsir düşərgəsində xidmət etmiş 95 yaşlı Yakiv Pal ABŞ-dan Almaniyaya deportasiya edilib. O, ölkəyə gələn zaman özü barədə yanlış informasiya verib və fermer, fabrik işçisi olduğunu iddia edib.
Qeyd edək ki, 1943-cü ildə Travniki əsir düşərgəsində işləmiş Pal müharibə cinayətlərinə qarışması barədə iddiaları rədd edir.