ABŞ Senatında Respublikaçıların lideri Mitç Makkonnell mətbuat konfransında çıxış edərkən təxminən 21 saniyə donub qaldı. Makkonnell 12 dəqiqə sonra yenidən mətbuatın qarşısına çıxıb və “yaxşıyam” deyib.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, senatda ən uzun ömür sürən partiya lideri olmaq rekordunu qıran Makkonnell, təxminən 21 saniyə mətbuatın qarşısında donub qaldı.
Jurnalistlər, senatorlar və qanunvericilər bir müddət Makkonelin çıxışına davam etməsini gözlədilər. Makkonnell danışmağa davam etməyəndə, həkim olan senator Con Barrasso müdaxilə etdi. Barrasso Makkonnelə yaxınlaşıb dedi: “Mitç, yaxşısan? Başqa demək istədiyiniz bir şey varmı, yoxsa ofisə qayıtmalıyıq?” Barrasso xəbərdarlığından sonra Makkonnell komandası ilə birlikdə podiumu tərk etdi.
Həmin görüntüləri təqdim edirik