ABŞ Senatının birtərəfli qaydada İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaları daha 10 il müddətinə uzadılması haqqında qərarı “Nüvə anlaşması” ilə yanaşı, beynəlxalq qanunlara da ziddir.
ABŞ Senatının birtərəfli qaydada İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaları daha 10 il müddətinə uzadılması haqqında qərarı “Nüvə anlaşması” ilə yanaşı, beynəlxalq qanunlara da ziddir.
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi Tehranda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, İran ilə Qərb dövlətləri arasında 2015-ci ilin iyununda razılıq əldə olunaraq sənəd imzalanıb. İmzalanan sənədə əsasən, İrana qarşı tətbiq olunan beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı, bunun müqabilində isə İran nüvə proqramını məhdudlaşdırmalıdır. İran razılığa əsasən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, ABŞ bunu etmir.
Xatırladaq ki, ABŞ Senatı İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları 10 il müddətinə uzadılması haqqında qanun layihəsini qəbul edərək Ağ Evə təqdim edib. Lakin bu qanunun qəbul edilib edilməyəcəyi məsələsi də müəmmalıdır. Qeyd edək ki, noyabrda ABŞ-da prezident seçkiləri keçirilib və Donald Tramp qalib gəlib. Lakin D.Tramp öz səlahiyyətlərini andiçmə mərasimindən sonra həyata keçirməyə başlayacaq. Andiçmə mərasimi isə yanvarın 20-də keçiriləcək. Hələlik isə ABŞ-ın Prezidenti Barak Obamadır. Yanvarın 20-nə qədər B.Obamanın bu qanunu imzalayıb və yaxud geri qaytaracağını isə zaman göstərəcək.
(Azərtac)