ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xocalı qurbanları ilə görüşüb.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xocalı qurbanları ilə görüşüb.
Bu barədə səfirlikdən TİA.AZ-a daxil olan məlumatda bildirilir.
“Səfir Sekuta xanımı ilə birgə 1992-cı il Xocalı faciəsinin qurbanları və onların yaxınları ilə görüşərək orada baş vermiş hadisələr və son 25 il ərzində onların məşquliyyəti haqqında məlumat alıb. Tarixi tədqiq edən bir şəxs kimi, səfir belə faciələrin təkrar baş verməsinin qarşısını almaq və daha yaxşı bir gələcək qurmaq üçün tarixi öyrənməyin və unutmamağın əhəmiyyətini qeyd edib. Səfir həmçinin Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin tapılmasında Birləşmiş Ştatların tərəflərə yardım etmək öhdəliyini yenidən vurğulayaraq, qeyd etmişdir ki, sülh qaçqın və məcburi köçkünlərə evlərinə qayıtmaq və bölgədə yaşayan insanlara keçmişin faciyələrindən parlaq gələcəyə irəliləmək imkanı yaradacaq”. – deyə səfirliyin yaydığı məlumatda vurğulanır.