ABŞ SƏFİRİ VƏ Aİ MİSSİYASININ RƏHBƏRİ AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDDİNDƏKİ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏRbackend

ABŞ SƏFİRİ VƏ Aİ MİSSİYASININ RƏHBƏRİ AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDDİNDƏKİ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Tribunainfo.az SputnikArmeniya-ya istinadən xəbər verir ki, bu barədə İrəvandakı diplomatik nümayəndəliyin mətbuat xidməti məlumat yayıb.

Görüş martın 10-da baş tutub. Qeyd edilib ki, “ABŞ Aİ-nin Ermənistandakı monitorinq missiyasının fəaliyyətini güclü şəkildə dəstəkləyir”.

Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası məskunlaşıb. Və AB missiyası mülki elan edilsə də, onun tərkibində 50 nəfər silahlı jandarma var.

Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.