ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib ki, ABŞ Konqresinin əlavə dəstəyi olmadan Ukrayna özünü müdafiə etmək üçün hava hücumundan müdafiə sistemlərini və sursat ehtiyatlarını artıra bilməyəcək.
Tribunainfo.az xəbər verir ki, “Ukraynaya təhlükəsizlik yardımımıza gəldikdə, bu pulun 90%-i əslində burada ABŞ-da xərclənir. Bu, Amerika istehsalına fayda verir”, o əlavə edib.
Ukraynaya kömək üçün mümkün alternativlərdən danışarkən o, aşağıdakıları qeyd edib. “Bizim Ukraynanı dəstəkləmək üçün təqdim edə biləcəyimiz başqa sehrli proqramımız yoxdur”.
“Rusiya son aylarda özünün ilk mühüm uğurlarına nail olub”, – Miller etiraf edib və qeyd edib ki, Dövlət Departamentinə yeni sanksiyaların tətbiqi üçün vaxt lazımdır.