backend

ABŞ Rusiyaya hücum planı hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ prezident seçkiləri zamanı edilən haker hücumlarına cavab vermək üçün plan üzərində işləyir”. 

“ABŞ prezident seçkiləri zamanı edilən haker hücumlarına cavab vermək üçün plan üzərində işləyir”.

TİA.AZ “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda MSNBC telekanalına müsahibəsində ABŞ-ın daxili təhlükəsizlik naziri Cey Conson bildirib.

“ABŞ prezidentinin dediyi kimi haker hücumuna cavab ölçülərinin siyahısı müzakirə edilir. Biz onları olduqca diqqətlə fikirləşirik”, – o deyib.

Daha əvvəl Amerika xüsusi xidmət orqanları Rusiyanı rəsmən ABŞ-da seçkilərə təsir etmək cəhdlərində ittiham edib. ABŞ prezidenti Barak Obama öz səlahiyyət müddətinin sonuna kimi ittihamlara cavab vermək xahişi ilə xüsusi xidmət orqanlarına müraciət edib.

Kreml isə ittihamlarla razılaşmır.