ABŞ Rusiya Baş Qərargahının nümayəndələrini BMT konfransına buraxmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti üzvlərinə BMT-də hərbçilərin Rusiya-Çin birgə konfransında iştirak etməsi üçün Amerika vizası verilməyib.

 

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti üzvlərinə BMT-də hərbçilərin Rusiya-Çin birgə konfransında iştirak etməsi üçün Amerika vizası verilməyib.

TİA.AZ xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov deyib.

Onun sözlərinə görə, oktyabrın 12-də BMT-də Rusiya və Çin hərbçilərinin ABŞ-ın qlobal RƏM sistemlərinin yerləşdirilməsi problematikası üzrə konfrans keçirilib.

Həmin konfransda general-leytenant Andrey Tretyakın başçılıq etdiyi nümayəndə heyətinin də iştirakı planlaşdırılmışdı.