ABŞ rəsmiləri müdafiə nazirinin xəstəxanaya yerləşdirilməsindən xəbərsiz idilər

ABŞ rəsmiləri müdafiə nazirinin xəstəxanaya yerləşdirilməsindən xəbərsiz idilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CNN-ə verdiyi açıqlamada ABŞ Müdafiə Nazirliyinin sözçüsü Pat Ryder, nazir Ostinin yanvarın 1-də xəstəxanaya yerləşdirilməsi və prezident Co Bayden də daxil olmaqla yüksək vəzifəli məmurların uzun müddət bu vəziyyətdən necə məlumatlandırılmadığı ilə bağlı yeni təfərrüatları paylaşdı.

Tribunainfo.az xəbər verir ki, yanvarın 1-də müdafiə naziri (Pentaqon) Lloyd Ostin xəstəxanaya yerləşdirildikdən sonra məlum olub ki, yanvarın 2-də nazir postunu müvəqqəti icra edən nazir müavini Ketlin Hiksin vəziyyətdən xəbəri yoxdur.

Nazir Ostinin dekabrın 22-də keçirdiyi əməliyyatdan sonra xəstəxanaya yerləşdirildiyini və ertəsi gün evə döndüyünü ifadə edən Rayder, ağrıları artdıqca təcili yardımla paytaxt Vaşinqton yaxınlığındakı Walter Reed Hərbi Xəstəxanasına aparıldığını bildirib.

Müdafiə nazirinin müavini Hiksin yanvarın 2-də müvəqqəti olaraq nazir postuna keçdiyini bildirən Rayder Puerto Rikoya rəsmi səfər etdiyini və Ostinin durumundan xəbərsiz olduğunu qeyd edib.