ABŞ PRİQOJİNİN PLANLARINI ƏVVƏLCƏDƏN BİLİRDİ

ABŞ PRİQOJİNİN PLANLARINI ƏVVƏLCƏDƏN BİLİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The New York Times” yazır ki, ABŞ-ın yüksək rütbəli milli təhlükəsizlik rəsmiləri “Vaqner”in yaradıcısı Priqojinin niyyətləri barədə hələ iyunun 21-də məlumatlı olublar.

Tribunainfo.az xəbər verir ki, NYT-nin məlumatına görə, kəşfiyyat rəsmiləri çərşənbə günü ABŞ administrasiyası və müdafiə rəsmiləri ilə danışıqlar aparıb və cümə axşamı təsdiq alıblar.

Qeyd olunur ki, Vaşinqton bir neçə ay ərzində Priqojinin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə münasibətlərinin inkişafını izləyib və ABŞ-ın yüksək rütbəli rus hərbçilərinin danışıqlarını dinləməyə nail olub.