ABŞ-ın 35-ci prezidenti Con Kenndinin cavanlıqda yazdığı gündəlik hərracda 718 min dollara satılıb.
ABŞ-ın 35-ci prezidenti Con Kenndinin cavanlıqda yazdığı gündəlik hərracda 718 min dollara satılıb.
TİA.AZ Rusiya mətbuatına istinadən bildirir ki, gündəliyi Kennedinin şəxsi əşyalarından kolleksiya toplayan iş adamı Cozef Olson alıb. Olson Kennedini hələ prezident olmamışdan tanıyırmış.
Qeyd edək ki, gündəlik 1944-45-ci illərdə yazılıb. Kennedi həmin vaxt Avropanı jurnalist olaraq gəzərək qitənin siyasi-ictimai vəziyyəti haqqında qeydlər aparırdı. Qeydlərində Hitler haqqında maraqlı fikirlər də var. Gələcək prezident faşist lideri və onun taleyi haqqında şübhələrini yazırdı. O, həmçinin yeni yaradılan BMT təşkilatının fəaliyyətindən də narazılığını gündəlikdə qeyd edib.