Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra Ukrayna münaqişəsinin nizamlanmasına dair razılaşmanın əldə olunması indi Volodimir Zelenskidən asılıdır.
Bunu ABŞ lideri Donald Tramp “Fox News”a müsahibəsində deyib: “Düşünürəm ki, bir sövdələşmə bağlana bilər. İndi onun bağlanıb-bağlanmayacağı Zelenskidən asılıdır”.
Tramp əlavə edib ki, Avropa ölkələri razılaşmaların əldə olunmasında az da olsa rol oynamalı olacaqlar.