ABŞ prezidenti Donald Trampın prezidentliyinin beşinci ayında Ağ Evdə ikinci böyük istefa reallaşıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir  ki, “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının əməkdaşı Müşfiq Abdulla radikal dini kəsimin təmsilçisi tərəfindən ağır təhqirlərə və təhdidlərə məruz qalıb.  

TİA.AZ xəbər verir  ki, “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının əməkdaşı Müşfiq Abdulla radikal dini kəsimin təmsilçisi tərəfindən ağır təhqirlərə və təhdidlərə məruz qalıb. 

Buna səbəb Müşfiq Abdullanın “Cümhuriyət” qəzetində və Cebhe.info saytında yayımlanan “İntihar edən sivilizasiya: İran-Səudiyyə çəkişməsi nə vəd edir?” başlıqlı təhlil yazısında bir sıra faktların radikal kəsim tərəfindən həzm olunmamasıdır. 

Belə ki, Facebook-da Anar Kazim Mamedov adlı profilin sahibi Müşfiq Abdullanın yazısına qeyri-etik formada rəylərlə reaksiya verərək onu kəskin söyüşlərlə təhqir edib. Bununla kifayətlənməyən Anar Kazim Mamedov müəllifi öldürməklə təhdid edərək, onu asacağını bildirib. O, bununla müəllifin bu cür məqalələri dayandırmağa təhrik etməyə cəhd göstərib. Əks halda Müşfiq Abdullaya qarşı “terror” törədəcəyinin mesajını verib.
 

Radikal dini kəsimin nümayəndələrinin proseslərə tərəfsiz yanaşan müəllifləri bu şəkildə təhdid və tənqid etməsi birinci hal deyil. Xüsusilə də Facebook sosial şəbəkəsində bu cür halların tez-tez şahidi oluruq.