ABŞ Paşinyandan hansı güzəştləri tələb edəcək? – “Bənd”lər açıqlandı

ABŞ Paşinyandan hansı güzəştləri tələb edəcək? – “Bənd”lər açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, dünən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Azərbaycan və Ermənistan arasında sülh sanışıqlarında ciddi irəliləyişlərin olduğunu bəyan edib. Tribunainfo.az xəbər verir ki, həmin çıxışında Ağ Ev rəsmisi bildirib ki, bu proses hər iki tərəfdən çətin seçimlər və kompromislər etməyi tələb edəcək.
Qeyd edək ki, bu məsələ Ermənistanda ciddi şəkildə müzakirə mövzusudur. Böyük əksəriyyət isə Ermənistanın hansı güzəştlərə gedə biləcəyi barədə daha çox fikir bildirirlər.
Tribunainfo.az xəbər verir ki, keçmiş deputat Armen Abovyan bu barədə fikirlərini bölüşərək, Ermənistanın bir sıra məsələlərdə güzəştə gedəcəyini iddia edib. O deyib ki, ilk tələb Ermənistandan Zəngəzur Dəhlizinin açılması ilə bağlı olacaq. “Amma ABŞ təkcə bunu istəmir. Onlar həm də Zəngəzur bölgəsinin də Azərbaycana verilməsini istəyirlər. Çünki orda Türkiyəni yerləşdirmək və bununla da dəhlizin təhlükəsizliyini təmin etmək fikrindədirlər”.
Abovyan hesab edir ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi və “erməni soqyırımı” iddiasından əl çəkilməsi də əsas tələblər sırasındadır. “Bu məsələ artıq gündəmdədir. Hər iki məsələ Azərbaycan-Türkiyə tandeminin bölgədə güclənməsi üçün lazımdır”.
Keçmiş deputat sonda onu da vurğulayıb ki, Qərb Ermənistandan əhalinin qarşılıqlı köçürülməsi məsələsini də tələb edə bilər. “Söhbət azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıtmasından gedir. Bunu isə Qərbdə sülh sazişinin önəmli təminatlarından biri hesab edirlər”.