ABŞ Orta Dəhliz layihəsi ilə bağlı planını açıqladı

ABŞ Orta Dəhliz layihəsi ilə bağlı planını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib ki, Azərbaycan və Ermənistan sərhədin demarkasiyası prosesi ilə bağlı razılığa gəliblər. Tribunainfo.az xəbər verir ki, o, bu fikirı ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin regional əməkdaşlıq və təhlükəsizlik üzrə alt komitəsində çıxışı zamanı səsləndirib.
O`Brayen qeyd edib ki, elə sahələr var ki, hər iki tərəf hələ də onlara nəzarət edir. “Amma çox güman ki, razılaşdırılmış sərhədlərə görə geri çəkiləcəklər və yüksək dağlıq bölgələr bu baxımdan xüsusi maraq kəsb edir. Amma bir daha vurğulayıram ki, bu, hər iki tərəfin çalışdığı bir prosesdir”.
ABŞ rəsmisi ölkəsinin Orta Dəhliz layihəsi ilə bağlı planını və niyyətini də açıqlayıb. O deyib ki, Birləşmiş Ştatlar Rusiya və Çindən yan keçməklə, Mərkəzi Asiya ölkələrindən qlobal bazarlara Ermənistan və Azərbaycan vasitəsilə yeni quru yolu yaratmağı düşünür. “Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və indi dünya bazarlarına çıxmaq üçün yeganə variant Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycan ərazisindən keçən yol aça bilsək, onlar dünya bazarlarına çıxış əldə edəcəklər və Rusiya və Çindən daha az asılı olacaqlar”.