ABŞ ordusunun “super əsgər” yaratmaq üçün apardığı təcrübələr müvəffəqiyyətlə nəticələnib.
ABŞ ordusunun “super əsgər” yaratmaq üçün apardığı təcrübələr müvəffəqiyyətlə nəticələnib.
TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Hava Qüvvələri əsgərlərin əqli bacarıqlarını yüksəltmək məqsədi ilə bir qrup şəxs üzərində təcrübə aparıb.
Qrup üzvlərinin beyinlərinə nano qəbuledicilər yerləşdirilib və elektroşok tətbiq edilib.
“Frontayers Hyuman in Nevrosayəns” (Frontiers in Human Neuroscience) dərgisində yayımlanan məlumata görə, ortalama yaş həddi 31 olan 20 iştirakçıya təcrübədən sonra eyni zamanda 3 müxtəlif tapşırıq verilib. İştirakçılar 36 dəqiqəlik test müddətində digər qrup üzvlərindən daha yaxşı nəticə göstəriblər.
Araşdırmanın nəticələri çətin vəzifələrin yerinə yetirilməsində tətbiq ediləcək.