ABŞ-nin Kosmik Qüvvələri 2025-ci ildə Rusiya və Çin peyklərini zərərsizləşdirmək üçün silah alacaq.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Bloomberg” Kosmik Qüvvələrə istinadən məlumat yayıb.“Meadowlands” adlanan sistem “L3Harris” şirkəti tərəfindən hazırlanıb. Yeni kompleks 2020-ci ildən istismarda olan “Counter Communications System”in asanlaşdırılmış versiyasıdır. Qeyd olunur ki, “Meadowlands” daha çox tezlikləri sıxışdıracaq yenilənmiş proqram təminatı ala bilər.
ABŞ Kosmik Sistemlər Komandanlığı “Meadowlands” sisteminin bütün sistem səviyyəli sınaqlarını sentyabrda tamamladığını bildirib. 2025-ci ilin birinci rübündə hərbçilər ilk beş kompleksin nə vaxt döyüşə hazır hesab ediləcəyini müəyyənləşdirəcəklər.