ABŞ onlara viza verməyəcək

ABŞ onlara viza verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Amerikada keçiriləcək idman yarışlarında iştirak etmək istəyən transgender xarici vətəndaşlara viza verilməməsinə dair qərar qəbul edib.

Tribunainfo.az  xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, viza müraciətlərində cinsləri haqqında yanlış məlumat verənlərə ömürlük viza qadağası tətbiq ediləcək.

“Ərizəçilərin cinsiyyətlə bağlı yalan məlumat verməsi üzə çıxarsa, onlara həmişəlik ABŞ-yə səfər etmək qadağası qoyulsun”, – ABŞ dövlət katibi Marko Rubionun göstərişində deyilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp transgender idmançıların qadınlar arasında yarışlarda iştirakına qadağa qoyan fərman imzalayıb.