ABŞ NİYƏ UKRAYNADAKI MÜNAQİŞƏNİN BİTMƏSİNİ İSTƏMİR? – ORBAN

ABŞ NİYƏ UKRAYNADAKI MÜNAQİŞƏNİN BİTMƏSİNİ İSTƏMİR? – ORBAN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Orban bildirib ki, Ukraynada sülh yalnız Rusiya və ABŞ arasında danışıqlardan sonra bərqərar ola bilər və Avropa vasitəçilik şansını əldən verib.

Tribunainfo.az Ria Novosti-yə istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynadakı münaqişə ABŞ-ın istədiyi zaman dərhal sona çatacaq, bütün dünya Vaşinqtonun niyə münaqişəyə son qoymaq istəmədiyini anlamır və bu suala cavab gözləyir.

“Ukrayna faktiki olaraq suverenliyini itirib: onun nə pulu var, nə hərbi sənayesi, nə də özünün hərbi istehsal gücü. O, pulu əsasən ABŞ-dan, hərbi vəsaitləri də amerikalılardan və Qərbdən alır. Əgər ABŞ deyirsə ki, onlar sülh istəyirik, müharibəni dayandıraq, atəşi dayandıraq və danışıqlara başlayaq, bu, səhəri gün olacaq. Amerikalılar niyə bunu istəmir, NATO sammitində də cavab almadıq”, – Orban Kossuth radiosunda deyib.

Orban bildirib ki, Ukraynada sülh yalnız Rusiya və ABŞ arasında danışıqlardan sonra bərqərar ola bilər və Avropa Minsk razılaşmalarını yerinə yetirə bilmədiyi üçün vasitəçilik şansını əldən verib.

Xatırladaq ki, Macarıstan münaqişə başlayandan bəri ardıcıl olaraq Rusiyanın enerji resurslarına qarşı sanksiyalara və Ukraynaya silah göndərilməsinə qarşı çıxıb. 2022-ci ilin martında Macarıstan parlamenti Ukraynaya ölkə ərazisindən silah tədarükünü qadağan edən fərman verib. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Szijjarto izah etdi ki, Budapeşt macarların yaşadığı Zakarpatiya ərazisinin təhlükəsizliyini təmin etməyə çalışır, çünki onun ərazisindən silah tədarükü Rusiya Federasiyası üçün qanuni hərbi hədəfə çevriləcək. Ölkə rəhbərliyi dəfələrlə vurğulayıb ki, Macarıstan sülh danışıqlarının tez başlamasının tərəfdarıdır.

Tribunainfo.az