ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, 1 milyard dollar dəyərindəki hərbi yardım paketi yaxın vaxtlarda Ukraynaya çatdırlacaq.
Qeyd edək ki, həmin yardım paketinə aşağıdakı siahlar daxildir:
– RİM-7 və AIM-9M hava hücumundan müdafiə raketləri;
– “Stinger” raketləri;
– Kiçik silahlar və atıcı silahların əlavə patronları, o cümlədən Pilotsuz Uçuş Aparatlarına qarşı mübarizə üçün 50 kalibrli patronlar;
– HIMARS sistemləri üçün əlavə sursat;
-155 mm artilleriya mərmiləri, o cümlədən Yüksək Partlayıcı və İki Məqsədli Təkmilləşdirilmiş Adi Sursat;
-105 mm artilleriya mərmiləri;
– 60 mm minaatan mərmi;
– “Bradley” piyada döyüş maşını;
– “MRAPs” avtomobili;
– “HMMWVs” zirehli transpartyoru;
– Logistik dəstək vasitələri;
– Avadanlıqları yedəkləmək və çəkmək üçün taktiki maşınlar;
– Optik izlənən “TOW” raketləri;
– “Javelin” və “AT-4”;
– Dəqiq hava sursatları;
– Aerodromun dəstəkləyici avadanlıqları;
– Zireh əleyhinə minalar;
– “Claymore” piyada əleyhinə sursatlar;
– Gecə görmə cihazları;
– Sahə avadanlığı, təlim sursatları, texniki xidmət və digər köməkçi avadanlıqlar.