“ABŞ müharibəni uduzur” – Vaşinqtondan SOS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton Əfqanıstanda müharibəni uduzur”. 

“Vaşinqton Əfqanıstanda müharibəni uduzur”.

TİA.AZ “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin rəhbəri Con Makkeyn CBS telekanalına müsahibəsində deyib.

“Bizdə strategiya yoxdur və biz uduzuruq. Əfqanıstanın milli ordusu qəbuledilməz itkilər verir”, – senator bildirib.

Respublikaçı senator həmçinin qeyd edib ki, Ağ Evdə hazırda əsas problem nizamsızlıqdır.

Qeyd edək ki, ötən həftə Makkeynin başçılıq etdiyi Konqres üzvləri qrupu Əfqanıstanda olub. Makkeyn təsdiqləyib ki, Vaşinqton və onun müttəfiqləri 16 ildir təşəbbüs etdiyi arzuolunan nəticədən çox uzaqdır. Öz növbəsində senator Lindsi Qrem “durğunluğu müvəffəqiyyətə çevirmək üçün” Əfqanıstanda ABŞ qoşunları və NATO güclərinin genişləndirilməsini təklif edib. Onun fikrincə, hazırda ölkədə olan 8,6 minlik hərbi kontingent qarşıya qoyulan məsələni yerinə yetirə bilməyəcək”.

ABŞ 2001-ci ildən Əfqanıstanda hərbi əməliyyat keçirir. Son vaxtlarda vəziyyət pisləşməkdə davam edir. ABŞ Milli Kəşfiyyatının başçısı Daniel Kouts bildirib ki, Taliban təşkilatı ölkədə yeni əraziləri tutmaqda davam edir.