ABŞ Mərkəzi Komandirliyinin generalı Cozef Votel YPG/PYD terror təşkilatının əlində olan Manbicdən ordularını geri çəkməyəcəklərini açıqlayıb.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, Suriyanın Manbic şəhəri Türkiyə sərhəddindən 40 km məsafədə yerləşir və terror təşkilatı 2016-cı ilin yay ayından burada qərarlaşıb. Şəhərdə həm YPG/PYD, həm də ABŞ ordusu yerləşib.
Türkiyə 20 yanvarda Suriyanın Afrin şəhərində anti-terror əməliyyatına start verib və PKK-nın Suriya qolu olan YPG/PYD-yə qarşı mübarizə aparır.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən günlərdə ABŞ-a xəbərdarlıq edərək terror təşkilatı ilə əlaqələrinə son qoymağı tələb etmişdi.