ABŞ MALİYYƏ NAZİRLİYİ UKRAYNAYA 10 MİLYARD DOLLAR AYIRACAQbackend

ABŞ MALİYYƏ NAZİRLİYİ UKRAYNAYA 10 MİLYARD DOLLAR AYIRACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın maliyyə naziri Janet Yellen Vaşinqtonun yaxın aylarda Kiyevə təxminən 10 milyard dollar əlavə iqtisadi yardım edəcəyini bildirib.

Tribunainfo.az “New York Times” qəzetinə istinadən xəbər verir ki, bu barədə Hindistanın Banqalor şəhərində mətbuat konfransı zamanı bildirilib.

O qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun Ukrayna üçün maliyyələşdirmə proqramı üzərində işə başlaması son dərəcə vacibdir.

Yellen həmçinin Ukrayna böhranını hazırda qlobal iqtisadiyyatı formalaşdıran əsas amil adlandırıb.

Eyni zamanda, nazir qeyd edib ki, ABŞ Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirmək üçün müttəfiqləri ilə işləməyə davam edir.

Daha əvvəl “Reuters” agentliyinin verdiyi məlumata görə, ABŞ Ukrayna ordusuna hərbi yardım göstərmək imkanlarının məhdud olduğu barədə xəbərdarlıq etmişdi.

Hazırda Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir. Onun başlanğıcını 24 fevral 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin elan edib. Onun sözlərinə görə, hərbi əməliyyatın məqsədi qonşu ölkəni demilitarizasiya etmək və onun hakimiyyətini denazifikasiya etməkdir.