Vaşinqton Venesuela prezidenti Nikolas Maduronun həbsinə səbəb olacaq məlumat üçün verilən mükafatın məbləğini 50 milyon dollara qədər artırıb.
Tribunainfo.az xəbər verir ki, məlumatı ABŞ-ın baş prokuroru Pam Bondi X hesabında açıqlayıb. Baş Prokuror qeyd edib ki, Maduro ABŞ-a ən çox narkotik çatdıran “beynəlxalq terror təşkilatlarından istifadə edir”. Onun sözlərinə görə, bu, ABŞ-ın “milli təhlükəsizliyin təhlükə yaradır”.
2020-ci ilin martında Birləşmiş Ştatlar Maduronu, eləcə də bir sıra digər hökumət rəsmilərini narkotik terrorizmdə iştirakda ittiham edərək onun həbsinə imkan yaradacaq məlumat üçün 15 milyon dollar mükafat təyin edib.
Co Baydenin dövründə mükafatın məbləği 25 milyon dollara qədər artırılmışdı.