backend

“ABŞ-la müharibə başlayacaq” – PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinlə ticarət müharibələrini provokasiya edə bilər. 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinlə ticarət müharibələrini provokasiya edə bilər.

TİA.AZ xəbər verir ki, bu haqda Çinin maliyyə naziri Çju Quanyao deyib.

“Ticarət müharibələri olacağı halda Çin cavab tədbirlərini görməli olacaq. Bu, ABŞ-da iş yerlərinin ixtisarına gətirib çıxaracaq. Ancaq biz bunun baş verməsini istəmirik. Çünki hər iki tərəf itkilərlə üzləşəcək”, – deyə çinli məmur bildirib.

Tramp bir neçə dəfə bildirib ki, ABŞ Çindən idxal edilən mallara xüsusi rüsum tətbiq etməlidir. O, həmçinin Pekini valyuta siyasətinə görə dəfələrlə ABŞ-ın iqtisadi düşməni adlandırıb.