ABŞ konqresmeni: Fələstinliləri öldürmək ən yaxşı diplomatiyadır

ABŞ konqresmeni: Fələstinliləri öldürmək ən yaxşı diplomatiyadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Nümayəndələr Palatasının üzvü Brayan Mast Konqres binasındakı çıxışında fələstinliləri öldürməyin ən yaxşı diplomatiya olduğunu bildirib.

Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının üzvü Brayan Mast Konqres binasında söhbət etdiyi müharibə əleyhinə qeyri-hökumət təşkilatının (QHT) qurucularından biri olan Medea Benjaminə deyib ki, fələstinlilərin öldürülməsi, diplomatiyanın ən yaxşı yoludur.

Respublikaçılar Partiyasının üzvü Mast müharibə əleyhdarı qadınların yaratdığı “Code Pink” adlı beynəlxalq QHT-nin qurucularından Benjamin ilə konqres binasında etdiyi çıxışın videosunu X hesabında paylaşıb.