ABŞ KONQRESİNDƏ QARABAĞ MƏSƏLƏSİ İLƏ BAĞLI DİNLƏMƏLƏR KEÇİRİLƏCƏK

ABŞ KONQRESİNDƏ QARABAĞ MƏSƏLƏSİ İLƏ BAĞLI DİNLƏMƏLƏR KEÇİRİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 15-də Amerika Birləşmiş Ştatları Konqresinin Xarici Əlaqələr Komitəsində “Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçiriləcək. Tribunainfo.az xəbər verir ki, bu barədə Konqresin saytı məlumat yayıb.

Bildirilir ki, dinləmələrdə çıxış edənlər ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya və Avropa Bürosunun administratorunun müavini Aleksandr Sokolovski olacaqlar.

Qeyd edək ki, dinləmələr Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.